soyuq baxış

an icy look / a chilling look леденящий взгляд / ледяной взгляд
soyub suyunu çıxarmaq
soyuq baxmaq, bir kəsə soyuq baxmaq
OBASTAN VİKİ
Baxış Bayramov
Baxış Xəlil oğlu Bayramov (1 iyun 1944, Marneuli rayonu) — Rusiya alimi; Fizika‑riyaziyyat elmləri doktoru, professor. Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, A.F.İoffe adına Fizika‑Texnika İnstitutunun baş elmi əməkdaşı. == Həyatı == Baxış Bayramov 1944-cü il iyunun 1-də Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. B.Bayramov 7-ci sinfi bitirdikdən sonra Tbilisi Maşınqayırma Texnikumuna qəbul olunub. Təhsildə fərqləndiyinə görə 1961-ci ildə hələ texnikumu bitirməmiş “metalların kəsilmə ilə emalı” ixtisası üzrə texnik-texnoloq ixtisası alaraq Tbilisi aviasiya zavoduna texnik-konstruktor qismində işləməyə göndərilib. 1969-cu ildə Leninqrad Politexnik İnstitutunun radioelektronika fakültəsini bitirən B.Bayramov A.F.İoffe adına Fizika-Texnika İnstitutunun (FTİ) aspiranturasına qəbul edilib. Onun elmi rəhbəri akademik B.P.Zaxarçenya olub. == Elmi fəaliyyəti == Lazer şüalanmasının qeyri-xətti yayılmasının tədqiqi və seriyalı spektrometrlərin təkmilləşdirilməsi üzrə ilk işləri ilə o, digər görkəmli alim, FTİ-nin direktoru, akademik V.M.Tuçkeviçin diqqətini cəlb edib. 1972-ci ildə yarımkeçiricilərin fizikası üzrə Beynəlxalq konfransa (Ştutqart, AFR) təqdim etdiyi tezislərə görə B.Bayramov proqram komitəsindən məruzə ilə çıxış etmək təklifini alır. Belə təklif sovet aliminə ilk dəfə edilirdi.
Baxış Mehdiyev
Baxış Mehdiyev (5 may 1919, Şamlıq, Borçalı qəzası – 3 mart 1993, Bakı) — Sovet Ordusunun Polkovnik-Leytenantı, Sovet İttifaqı Kommunist Partiyasının üzvü, Böyük Vətən müharibəsinin iştirakçısı, QULAQ əsiri, Sovet düşərgələrində müqavimətin əfsanəvi rəhbəri, azad edildikdən sonra Azərbaycan SSR DİN sistemində xidmət etmişdir. Polis polkovnikidir. == Həyatı == Ermənistanın Şamluq ərazisinin Yunan-Azərbaycan kəndində, Mehdi və Zeynəb Mehdiyevlərin ailəsində anadan olub. Atası Şamluq mis mədənində mədənçi olub. İbtidai yunan məktəbini bitirmişdir (kənddə bir çox yunanlar var idi). 13 yaşında Tbilisidə məktəbə daxil olaraq, orada rus dilində oxuyub, oradan da Bakıda pedaqoji texnikuma keçirilmişdi. Texnikumu 1937-ci ildə bitirmiş, bölgü üzrə Şəkiyə müəllim göndərilərək, axşam məktəbinin direktoru və riyaziyyat müəllimi sahəsində işləmişdir. Daha sonra İrəvan Rus Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olur. === Böyük Vətən Müharibəsində iştirak === İrəvan şəhərinin Spandaryan Hərbi Komissarlığından avqustun 5-i 1941-ci ildə qırmızı orduya çağırıldı. 1942-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvüdür.
Baxış Quliyev
Baxış Rəhimli
Baxış İlqar oğlu Rəhimli (19 fevral 1996, Bala Qacar, Bərdə rayonu – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Baxış Rəhimli 19 fevral 1996-cı ildə Bərdə rayonunun Bala Qacar kəndində anadan olmuşdur. 2002-ci ildə Bərdə rayon H. Xəliloğlu adına Qullar kənd tam orta məktəbinə daxil olmuş, 2004-cü ildən təhsilini Bərdə rayon Akademik Z. Əliyeva adına məktəb-liseydə davam etdirmişdir. 2013-cü ildə həmin məktəbin məzunu olan Baxış 2014-cü ildə Türkiyənin Kastamonu Universitetinə qəbul olmuş, 2019-cu ildə "İktisadi və İdari Bilimler" fakültəsindən həmin universitetin məzunu olmuşdur. == Hərbi xidməti == 2019-cu ildə ali təhsilini bitirən Baxış Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Baxış Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Baxış Rəhimli noyabrın 9-da, saat 17:00 radələrində Şuşanın azad edilməsi zamanı döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baxış Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Baxış Rəhimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Baxış Əsədov
Baxış Sahib oğlu Əsədov (30 iyun 1999; Yüzbaşılı, Ağdam rayonu, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Baxış Əsədov 30 iyun 1999-cu ildə Ağdam rayonunun Yüzbaşılı kəndində Sahib Əsədovun ailəsində anadan olmuşdur. 2005-2016-cı illərdə Ağdam rayon Yüzbaşılı kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Baxış Əsədov 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2017-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. Hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Baxış Əsədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Eldar Baxış
Ağayev Eldar Baxış oğlu (Eldar Baxış) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981). Eldar Baxış 22 iyun 1947-ci ildə Qubadlı rayonunun Diləli Müskanlı obasında, kəndli ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi, Qubadlıda isə Onbirillik məktəbi bitirib 1965-1969-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. Eldar Baxış Bakı kəndlərində müəllimlik etmiş, öz ərizəsi ilə bir il əsgəri xidmətdə olmuşdur. O, 1972-1988-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində kiçik redaktor, redaktor vəzifəsində çalışmışdır. 1988-1990-ci illərdə isə televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasının televiziya tamaşaları şöbəsinin böyük redaktoru vəzifəsini icra etmişdir. "Səs" və "Nəfəs" qəzetlərini yaratmış və "Səs" qəzetinin baş redaktoru olmuşdur. Eldar Baxış 1992-1993-cü illərdə yenidən Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində Gənclik Yaradıcılıq Birliyinin İctimai-siyasi şöbəsinin müdiri işləmişdir. 1993-cü ildən radionun Bilgi və Uşaq dünyası verilişləri Baş redaksiyasının baş redaktoru olmuşdur. Rejissor və aktyor Tural Ağayevin atasıdır.
Hafiz Baxış
Hafiz Baxış (tam adı:Baxışov Hafiz Həbib oğlu), (1932–1989) – Azərbaycan şairi. Hafiz Baxış 1932-ci il oktyabrın 15-də Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1950-ci ildə Qafan bölgəsinin Şəhərcik kəndində bitirmişdir. 1950–1952-ci illərdə Qovşud kəndində ibtidai sinif müəllimi işləmiş, 1952 – 1956-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino aktyorluğu fakultəsində təhsil almışdır. Tələbə ikən 1954-cü ildə Azərbaycan diviziyasında bədii özfəaliyyət dərnəyinin rəhbəri olmuşdur. 1956–1961-ci illərdə Sumqayıt şəhərində tərbiyəçi, pionerlər evinin və mədəniyyat sarayının direktoru vəzifəsində çalışmışdır. 1961-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, yüksək dərəcəli rejissor vəzifələrində fəaliyyət göstərmişdir. İlk şeirləri "Sosialist Sumqayıtı" qəzetində dərc olunmuşdur, "Samur – Dəvəçi kanalı" adlı ilk şeiri də həmin qəzetin 1957-ci il 9 fevral tarixli sayında , "Zirvə" adlı ilk poeması isə "Azərbaycan" jurnalının 1968-ci il 2-ci sayında çap olunmuşdur. Bundan sonra o altı poema qələmə alsa da lirik şair kimi tanınmışdır. İyirmidən çox şeirinə musiqi bəstələnmişdir.
Yaşar Baxış
Yaşar Baxış (19 aprel 1966) — Azərbaycanlı rok-musiqiçisi, gitaraçı, səs rejissoru, bəstəkar və aranjimançıdır. Yaşar Baxış 19 aprel 1966-cı ildə Bakı şəhərində xalq şairi Hafiz Baxış və həkim-nevropatoloq Elmira Rəsulovanın ailəsində doğulmuşdur. Ailəsi Yaşar Baxış doğulduqdan bir neçə ay sonra Sumqayıt şəhərinə köçmüşdür. Yaşar Baxış yeddi yaşında orta məktəbdən əlavə musiqi məktəbinin fortepiano şöbəsində oxumağa başlamışdır. 12 yaşında olarkən, tam şəkildə musiqi təhsilini bitirməmiş, onun fortepianoya olan marağını gitara əvəz edir. Məhz gitaraya olan marağı ona əvvəlcə Sumqayıtda, sonralar isə Bakıda uğur gətirir. Yaşar Baxış "Bez Qrima", "Papa Jack" rok-qruplarının yaradıcısıdır. Siyahıda əksiklik var, tamamlamağa kömək edin.
Öldürməyə baxış
Öldürməyə baxış (ing. A View to a Kill) – 1985-ci ildə istehsal olunmuş bədii filmdir. Öldürməyə baxış — Internet Movie Database saytında.
Soyuq Müharibə
Soyuq müharibə — sosialist düşərgəsi ölkələri və Qərb bloku ölkələri arasında 1945–1990-cı illərdə qlobal səviyyədə geo-siyasi, iqtisadi və ideoloji mübarizə vəziyyəti. Bəzən İkinci dünya müharibəsinin davamı adlandırırlar. Dünyada iki bir-birinə əks olan ictimai quruluş — sosializm və kapitalizm qaldı. İkinci dünya müharibəsindən sonra kapitalist ölkələr yeni yaranmış quruluşu hər vəchlə yox etmək istəyirdilər. SSRİ isə əksinə olaraq sosializmi dünyaya yaymaq niyyətində idi. Məhz tərəflərin bu istəklərin onlar arasında Soyuq müharibənin başlanmasına səbəb oldu. Kapitalist Qərbə, iki partiyalı prezident sisteminə sahib olan federal bir respublika olan Amerika Birləşmiş Ştatları, habelə Qərb Blokunun digər Birinci Dünya xalqları, ümumiyyətlə azad mətbuat və müstəqil təşkilatlara sahib olan, ancaq iqtisadi və siyasi cəhətdən banan respublikaları və digər əksəriyyəti Qərb Blokunun keçmiş koloniyaları olan digər avtoritar rejimlər şəbəkəsi ilə birləşdi. İndoneziya və Konqo kimi bəzi böyük Soyuq Müharibə cəbhələri 1947-ci ildə yenə də Qərb müstəmləkəsi idi. Sovet İttifaqı, digər tərəfdən, kiçik bir rəhbərlik etdiyi totalitar bir rejimi tətbiq edən özünü elan etmiş marksist-lenist dövlət idi. komitə, Siyasi Büro.
Soyuq acıçiçək
Soyuq acıçiçək (lat. Gentiana algida) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Soyuq borş
Soyuqcu (pol. Chłodnik, bolq. Халаднік), həmçinin soyuq borş (Lit. Šaltibarščiai, Latviya Aukstā zupa) — Şərqi Avropa xalqlarının mətbəxinin milli yeməyi: Belorus, Litva, Latviya, Ukrayna və Polşa. Rusiya mətbəxində bu supun adı şəkər çuğunduru adlanır. Kvas üzərində bişmiş həmçinin ətlə bişmiş soyuq borş fərqli olur. Əsas bu yeməyi qatıqla hazırlayırlar (qatığı südlə də əvəz etmək olar). Qatıqdan əlavə borşa müxtəli tərəvəzlərdə qatılır (dilimlənmiş xiyar, soğan, şüyüd). Sonra yemeək soyudulur.
Soyuq novruzçiçəyi
Soyuq novruzçiçəyi - (lat. Primula algida Adams.). Novruzçiçəyikimilər (Primulaceae Vent.) fəsiləsinə aiddir. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c+3c. Azərbaycanın nadir növüdür. Üzəri unlu ləkəli və ya çılpaq çoxillik ot bitkisdir. Kökətrafı yarpaqları sıx rozet əmələ gətirir. Kökümsovu qısadır, ağımtıl əlavə kökləri vardır. Yarpaqları (saplaqla) 2-4 sm uzunluqda, 0,5-2,5 sm enindədir, uzunsov-kürəkvari və ya tərs –yumurtavaridir. Təpə hissədən dairəvi və ya kütdür.
Soyuq rodiola
Soyuq rodiola (lat. Rhodiola algida) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Soyuq silah
Soyuq silahlar istifadəsi zamanı partlayıcı maddələrdən istifadə olunmayan silah növləridir. Onlar sadə konstruksiyaya malik olub əlbə-yaxa döyüşlərdə istifadə olunurlar. Soyuq silahların tətbiqi əzələ qüvvəsinə əsaslanır.
Soyuq silahlar
Soyuq yovşan
Soyuq yovşan (lat. Artemisia frigida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Soyuq şorba
Soyuq şorba (polşa. Chłodnik, beloru. Халаднік) - həmçinin soyuq borş (lit. Šaltibarščiai, lat. Aukstā zupa) - Şərqi Avropa ölkələrinin milli yeməyidir: Belarusiya, Litva, Latviya, Ukrayna, Polşa. Rusiya mətbəxində bu yemək "svekolnik" də adlanır. Okroşkadan əsas tərkibində ət məhsullarının olmamasıdır. Soyuq şorba adətən qatıqdan hazırlanır. Həmçinin qaymaq və süddən də hazırlana bilər. Bununla yanaşı turşuya qoyulmuş turp və təzə tərəvəzlərdən də istifadə edilir (doğranmış xiyar, soğan və s.).
Soyuq barmaqcıq
Soyuq barmaqcıq lokallaşdırılmış soyuq səth yaratmaq üçün istifadə edilən laboratoriya avadanlığının bir parçasıdır. O, barmağa bənzədiyinə görə belə adlandırılmışdır. Cihaz adətən soyuducu mayenin (soyuq kran suyu və ya bəlkə də daha soyuq bir şey) daxil olub çıxa biləcəyi bir kameradan ibarətdir. Başqa üsulla cihazın soyuq materialla doldurulması ola bilər (məsələn: buz, quru buz və ya quru buz/aseton və ya buz/su kimi qarışıq). Tipik olaraq soyuq barmaqcıq sublimasiya aparatında istifadə olunur. Bundan başqa soyuq suvarmada və ya distillə aparatında kondensatorun kompakt versiyası kimi istifadə edilə bilər. Ticarətdə mövcud olan bir çox fırlanan buxarlandırıcıları soyuq barmaqcıq ilə almaq olar. Fırlanan buxarlandırıcıda kondensator kimi istifadə edildikdə, soyuq barmaqcıqlar −40 °C-ə qədər soyudula bilən su kondensatorları ilə müqayisədə (etilenqlikol/su qarışığı) −78 °C (quru buz) daha aşağı temperaturda soyudula bilər. Əldə edilən aşağı temperatur havaya atılan uçucu materialın miqdarını azaldır.
Soyuq verilənlər
Soyuq verilənlər (ing. cold data) — kompüter yaddaşında nadir hallarda əldə edilən verilənlər. Soyuq verilənlər tez-tez əldə edilən verilənlər olan isti verilənlərin əksidir. Müəyyən təriflər bu cür verilənləri 31 gün əvvəl əldə edilmiş verilənlər kimi təsvir etmişdir. IBM-nin meyarlarında qeyd edilmişdir ki, bu, minimum 90 gün əvvəl əldə edilmiş verilənlərə uyğun gəlir. Saxlama xərclərini optimallaşdırmaq üçün soyuq verilənlər aşağı performanslı və daha ucuz saxlama mühitində saxlanıla bilər. Məsələn, SSD-lər isti məlumatların saxlanması üçün istifadə oluna bilər, soyuq verilənlər isə sərt disklərə, optik disklərə, lentlərə köçürülə və ya bulud yaddaşına köçürülə bilər. İyerarxik yaddaş menecmenti (HSM) verilənlərin idarə edilməsi məqsədləri üçün istifadə olunur. Əsasən, "qaynar" kimi təsnif edilən məlumatlar SSD saxlama mühitlərinə ayrılır. Sonradan, verilənlərin aktivliyi zaman keçdikcə azaldıqca, onlar adi sabit disklərə (HDD) keçirlər.
Soyuq ov
Soyuq ov (norv. Fritt Vilt) — Norveç istehsalı olan və rejissor Roar Uthauq tərəfindən çəkilmiş qorxu və triller filmidir. 2006-cı ildə premyerası baş tutmuş bu film müasir Norveç qorxu filmləri arasında ən yaxşılarından hesab olunur. Film eləcə də bir sıra ölkələrdə də nümayiş etdirilib. == Məzmun == Beş norveçli gənc pasxa tətilini keçirtmək məqsədilə ölkənin şimalındakı dağlara üz tuturlar. Həm tətil həm də xizək sürməyi planlaşdıran gənclərin bu istəyi dostlarından birinin ayağının qırılması ilə yarımçıq qalır. Maşınlarında da uzaq düşən bu gənclər sığınacaq axtarmağa başlayırlar və tərk edilmiş köhnə bir otel tapırlar. Əvvəlcə hər şey qaydasında görünür. Hətta əylənməyə də başlayan gənclər sonradan başlarına gələcəklərdən xəbərsizdirlər. Oteldə bilmədikləri bir adam onları bir-bir pldürməyə başladığında artıq vəziyyət dəyişir.
Baxış bəy Rüstəmbəyov
Baxış bəy Əsəd bəy oğlu Rüstəmbəyov (1870, Salyan, Cavad qəzası – 1942, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Cavad qəzasının rəisi (1918). == Həyatı == Baxış bəy Rüstəmbəyov 1870-ci ildə Salyan şəhərində anadan olub. 1890-cı ildə Bakı realnı məktəbini bitirmiş, Moskva Texniki Məktəbinə daxil olmuşdur. Oradakı təhsilini yarımçıq qoyaraq 1893-cü ildə isə Sankt-Peterburq Texnoloji İnstitutunun mexanika şöbəsinə qəbul olmuşdu. Məzun olmağa yaxın tələbə hərəkatında iştirak etdiyi üçün institutdan qovulsa da daha sonra bəroa olunmuşdur. İnstitutu bitirəndən sonra 1906-cı ilədək Şəmsi Əsədullayevin yanında müdir müavini olmuşdur. Sonra Ağa Musa Nağıyevin yanında eyni vəzifədə işləyən Baxış bəy daha sonra balıqçılıq sahəsində, 1910–1917-ci illərdə neft mədənlərində işləmişdir. === Sovet dövrü === Aprel işğalından sonra yüngül sənaye sistemində rəhbər vəzifələrdə çalışmış, balıqçılıq institutundan və texinkumunda, xalq yüngül sənaye komissarlığı yanında ixtisasartırma institutunda müəllim olaraq dərs demişdir. 1929-cu ildə həbs olunmuşdur. 1942-ci ildə azad olunmuşdur.
Hacı Baxış məscidi
Hacı Baxşı məscidi və ya Şah Abbas məscidi — Bakının Nardaran qəsəbəsində yerləşən XVII əsrə aid tarixi məsciddir. Daş üzərində yonulmuş və binanın fasadına yerləşdirilmiş kitabədə məscidin inşa tarixi və inşaatçıların adı göstərilmişdir. İki sətirlik kitabə bəzi fars söz və formaları istifadə edilməklə ərəb dilində yazılmışdır: Kitabəyə əsasən abidə miladi təqvimlə 1662-1663-cü illərdə ustad rütbəsinə malik memar Murad Əli tərəfindən inşa edilmişdir. Kitabədə inşaat işlərinə rəbərlik edən – sərkar vəzifəli şəxsin adının da qeyd edilməsi diqqət çəkən məqamdır. Sərkar termini Azərbaycan ərazisində bir neçə başqa kitabələrdə də qeyd olunsa da, Hacı Baxşı məscidinin kitabəsinin tədqiq olunmasına kimi başqa mütəxəssis rütbələri ilə bir yerdə işlədilməmişdi. Məhz Hacı Baxşı məscidinin kitabəsi “sərkar” terminin mənasını müəyyənləşdirməyə imkan vermişdir: sərkarlar tikinti işlərinə ümumi başçılıq edərək maddi təminatın hazırlanması və təşkilatçılıq funksiyasını həyata keçirirdilər. Mənbə Hacı Baxşı məscidi Abşeronun dini tikililəri arasında xaraketrik memarlıq xüsusiyyətləri ilə diqqət cəlb edir. Planda məscid iki əsas hissədən ibarətdir: mərkəzində dörd sütun olan kvadrat formalı ibadət zalı və ona birləşən giriş poratl nişi. Planda xüsusi qeyd edilmiş mərkəzi kvadrat, həcm baxımından həm də günbəz örtüyü ilə vurğulanmışdır. Binanın digər otaqları tağvari tavan örtüyünə malikdir.
Mirzə Baxış Nadim
Mirzə Baxış Nadim (1785, Nəvai, Cavad qəzası – 1880, Nəvai, Cavad qəzası) — Azərbaycan şairi. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimov indiyədək cəmi bir neçə şeiri məlum olan XIX əsrdə yaşamış görkəmli satirik şair Mirzə Baxış Nadimin Əlyazmalar İnstitutunda iki əlyazma şeir toplusunu aşkar etmiş, buradakı əsərləri bir kitab halında tərtib etmiş, Mirzə Baxışın qeyri-mətbu şeirləri barədə geniş məqalə yazaraq mətbuata təqdim etmişlər. Bu əsərləri ətraflı nəzərdən keçirdikdən sonra məlum olur ki, Mirzə Baxış Nadim satirik şair omaqla yanaşı bir sıra gözəl lirik və dini şeirlərin də müəllifi olmuşdur. Tədqiqatçılar bu fikirdədirlər ki, Mirzə Baxış Nadimin əsərlərinin bəzi əlyazmaları indiyə qədər əhalidə qalmışdır, onlar da üzə çıxarıldıqdan sonra şairin ədəbi irsi barədə, onun ədəbiyyat tariximizdəki mövqeyi barədə daha ətraflı fikir söyləmək mümkün olacaqdır.
Məlik-Baxış Babayev
Məlik-Baxış Babayev (3 yanvar 1936, Bakı – 11 fevral 2013, Bakı) — Beynəlxalq Ekoenerji akademiyasının həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, əməkdar elm xadimi, fizika — riyaziyyat elmləri doktoru, professor. Məlik-Baxış Əli İkram oğlu Babayev 3 yanvar 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. Məlik-Baxış Əli İkram oğlu Babayev 1954–1959-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil almış, institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1960–1963-cü illərdə isə həmin institutun aspirantı olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin Müdafiə Şurasında namizədlik dissertasiyası müdafiə edmişdir. 1966-cı ildə Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi vəzifəsinə təyin olunmuşdur. Məlik-Baxış müəllim 1992-ci ildə Özbəkistan Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda xüsusiləşdirilmiş elmi şurada doktorluq dissertasiyasını müdafiə edmişdir. Məlik-Baxış müəllim 158-dən çox elmi əsərin müəllifi olmuşdur ki, bunların da 78-i elmi məqalə, 46-sı tezis, 5-i monoqrafiya, 29-u elmi kitab olmuşdır. Dünyanın 8 ölkəsinin 20 riyaziyyatçı alimi əsərlərində M-B.Babayevin əsərlərinə istinad etmişdir.